Bu gün 60 yaşını qeyd edib
Prezident İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
BakuCity.az xəbər verir ki, İqor Anatolyeviç Ponomaryov Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, bu gün 60 yaşını qeyd edən İqor Ponomaryov "Neftçi" klubunun üzvü olub. SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan İ.Ponomaryov yerli "Norçyopinq" komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə Azərbaycan yığması, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib.
BakuCity.az