Bakı-Tehran reysinin gündəlik uçuş cədvəlinə dəyişiklik planlaşdırılır?

Bakı-Tehran reysinin gündəlik uçuş cədvəlinə dəyişiklik planlaşdırılır?

İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirilib

“Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Bu barədə BakuCity.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır:

"Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək".

BakuCity.az

Bakı Tehran aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər