25 ildir anbara sığınan köçkün ailələri çıxılmaz vəziyyətdə qalıblar - VİDEO

"Amma belə anlaşılır ki, dövlət bunların imdadına çatmağa tələsənə bənzəmir"

"Laçın rayonundan məcburi köçkün olan bir xanım həmkarımız var. Əmisi Qarabağ döyüşlərində şəhid olub. Atası ermənilərə qarşı savaşda öndə olub. Məlum səbəbdən ailəcə köçkün düşüblər, Xırdalanda bir yerə sığınıblar. Xalq arasında buraya “Mexkolon 23” deyilir (MK qəsəbəsi, Qaçaq Nəbi küçəsi). Yəni yaşayış sahəsi deyil. Bir anbar sahəsidir, köçkünlər gəlib orada özlərinə sığınacaq tapıblar. Özü də qəzalı tikilidir".

BakuCity.az xəbər verir ki, bunları Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət öz bloqunda yazıb.

A.Həsrət bu yazısının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət olduğunu qeyd edib:

“Ərazi bütövlükdə "AzEnCo" şirkətinin yaxınlığında yerləşir, konkret fiziki şəxsə məxsusdur. Bizim həmkarımız da oradakı digər 10 ailə ilə birlikdə sığınmaqdadır. Hay-küydən uzaq bir ailədir. Bir neçə il öncə Qarabağ veteranı olan atası haqqın rəhmətinə qovuşub. İndi ailədə həmkarımızın yaşlı anası, özü və universitet tələbəsi olan oğlu qalıb. Bu üç şəxs illərdir yaşayış üçün heç bir şəraiti olmayan bir yerə sığınıb dövlətdən mədəd umur. Amma belə anlaşılır ki, dövlət bunların imdadına çatmağa tələsənə bənzəmir.

Əlbəttə, onu da anlayırıq ki, bir anda bütün köçkünlərin problemlərini həll etmək, onları mənzillə təmin etmək mümkün deyil. Amma bəzən bir ailədən həm ailə başçısının, həm də övladlarının ayrı-ayrılıqda mənzil aldığının şahidi oluruq. Demirik ki, onlar da pis durumda qalmalıdır. Əsla. Sadəcə düşünürük ki, Qarabağda şəhid vermiş, qazi olmuş və indi də dünyasını dəyişmiş bir Vətən oğlunun ailəsi belə vəziyyətdə qalmamalıdır axı. Olmazmı ki, bu kiçik (cəmi üç nəfərlik) ailəyə də mənzil verilsin? İndi bu ailə abırına qısılır, hay-küy salmır, qapılar döymür deyə, elə belə də qalmalıdır?

Çox istərdik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev şəxsən bu məsələyə diqqət ayırsın. Bu ailə ən azından şəhid verdiyinə, qazi ailə başçısını itirdiyinə görə mənzil alanların ön sırasında olmalıdır. Hər halda, Rövşən Rzayevin quruma rəhbər gəlməsindən sonra həyata keçirilən işlər ən azından ümid etməkdə haqlı olduğumuzu deməyə əsas verir.

Həmkarımız deyir ki, “ev”də yaşamaq mümkünsüz olduğu üçün kirayəyə çıxmaq istəyirlər. Lakin qiymətlər baha olduğu üçün onu da edə bilmirlər. Çünki gəlirləri yetərli deyil. Hər halda bir yaşlı ananı və bir tələbə oğlu dolandırmaq bir xanım üçün elə də asan məsələ ola bilməz axı. Ona görə də belə çıxılmaz durumda qalıblar."

Əməkdar jurnalist haqqında danışılan şəxsin adını bilərəkdən yazmadığını deyib:

"Ümid edirik ki, "Qaçqınkom" o adı bizdən öyrənmək istəyəcək".

BakuCity.az

məcburi köçkün ev problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az