Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirildi - RƏSMİ

Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirildi - RƏSMİ

Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır

Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran Rayon Mərkəzi xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Bildirilir ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad və Astara tibb müəssisələrində lazımi tədbirlər görülüb:

"Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar.

Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib”.

BakuCity.az

İran sərhəd Astara koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər