1-ci sinfə hazırlaşan uşaqların şifahi nitq bacarıqları qiymətləndirilir

1-ci sinfə hazırlaşan uşaqların şifahi nitq bacarıqları qiymətləndirilir

Bakıda 8 Müsahibə komissiyası fəaliyyət göstərir

Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır. Həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.

1-ci sinfə hazırlaşan uşaqların şifahi nitq bacarıqları qiymətləndirilir, fotoşəkil-1

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) aparılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəydən narazı qalan valideynlər Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I siniflərə qəbulu şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir.

BakuCity.az

1-ci sinfə qəbul müsahibə şifahi nitq bacarıqları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər