Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO

Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO

Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir

Bakıda təcili tibbi yardım həkimlərinin görüntüsü narahatlığa səbəb olub.

BakuCity.az-ın məlumatına görə, yayılan fotolardan həkimlərin xüsusi geyimdə olduğu görünür.

Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir.

Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin BakuCity.az-a daxil olan birgə məlumatında qeyd olunur ki, fevralın 24-də Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib:

"Onlar 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın koronavirus xəstəliyi alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir".

Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO, fotoşəkil-1 Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO, fotoşəkil-2 Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO, fotoşəkil-3 Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı təcili tibbi yardım koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər