Tibbi maskaların bahalaşmasına niyə nəzarət olunmur?

Tibbi maskaların bahalaşmasına niyə nəzarət olunmur?

"Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur"

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, İtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BakuCity.az-ın sorğusuna cavab olaraq bildirib ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb:

"Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib".

Onun sözlərinə görə, bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

BakuCity.az

tibbi maskalar bahalaşama
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər