Nəticələr seçicilərin iradəsini ifadə etməyib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Əliyevin müraciətinə baxılıb.
BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
Q.Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairə üzrə 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi aşkarlanıb.
MSK-nın qərarı ilə məntəqədə nəticələr ləğv edilib.
BakuCity.az