Oxşar mənzərə rayonlarda da müşahidə edilir
Apteklərdə tibbi maskaların qıtlığı yaranıb.
BakuCity.az "Xəzər Xəbər"ə istinadən məlumat verir ki, virusdan qorunmaq üçün həmin maskalara üstünlük verənlərin sayının birdən-birə artması apteklərdə maska qıtlığı yaradıb.
Bunu əczaçıların özləri də təsdiqləyir. Maskalara bu qədər tələbatın olması onun qiymətinə də təsir edib. Maska ilə bərabər, spirtlərin də qiymətləri dəyişib.
Həmçinin oxu: Bakıda koronavirus təşvişi: Bu görüntülər narahatlığa səbəb oldu - FOTO
Əczaçılar bildirirlər ki, tələbatın artmasına görə depolarda maskalara limit tətbiq edilib. Bir nəfərə 1-2 ədəddən artıq maska satılmır.
Oxşar mənzərə rayonlarda da müşahidə edilir.
Səhiyyə Nazirliyindən isə bildirdilər ki, apteklər özəl sektordur və onlara nəzarət qurum tərəfindən edilmir.