Bakıda polis qardaşı tərəfindən qətlə yetirildi

Bakıda polis qardaşı tərəfindən qətlə yetirildi

Hadisənin mübahisə zəminində baş verdiyi deyilir

Bakıda 31 yaşlı kişi qardaşını qətlə yetirib.

BakuCity.az-ın məlumatına görə, hadisə ötən gün Nərimanov rayonunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Araz Ramazanov qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Hadisənin mübahisə zəminində baş verdiyi deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, Araz Ramazanov saxlanılıb.

BakuCity.az

Bakı polis qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər