Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Bu avtobuslar hər gün əks yola çıxırlar

Bakıda daha bir avtobus sürücüsü qaydaları pozub.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, video Xətai rayonu Əhmədli qəsəbəsinin Sarayevo və Telnov küçələrinin kəsişməsində yerləşən “Diaqnoz” tibb mərkəzinin qarşısında lentə alınıb.

Göründüyü kimi, avtobus əks yola çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb:

Qeyd olunur ki, 46 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən avtobuslar hər gün sözügedən ünvanda yolun əks istiqamətinə çıxır.

BakuCity.az

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər