Təmirsiz otaqlardan birində yanğın baş verib
Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub.
BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələrinin əməkdaşları cəlb olunub. Yanğının digər otaqlara və uşaq bağçasına keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.