Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur - VİDEO

Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur - VİDEO

Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.

BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Azərbaycan Televiziyası qarşıdan gələn Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır və bayramqabağı çərşənbələr münasibətilə 4 qırx saniyəlik təbrik tizeri təqdim edəcək:

Xatırladaq ki, martın 3-də Azərbaycanda Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.

BakuCity.az

Novruz su çərşənbəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər