Bakıda polisin qətli ilə bağlı TƏFƏRRÜAT: Qan içində küçəyə qaçıb

Bakıda polisin qətli ilə bağlı TƏFƏRRÜAT: Qan içində küçəyə qaçıb

Qardaşı tutulub

Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən daxili işlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub.

BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib.

Anar Ramazanovun qətlində şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub.

İstintaq zamanı məlum olub ki, Anar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsində sürücü işləyib, eyni zamanda, Polis Akademiyasının ikinci kurs tələbəsi olub.

Bildirilir ki, ötən gecə ərazi patrul polisləri onun qan içində küçəyə qaçdığını görüblər. Anar onlara bıçaqla özünü yaraladığını deyib. Lakin Ramazanovun qonşuları polislərə onun kiçik qardaşının bu işdə əli olduğunu bildiriblər.

Araz Ramazanov qardaşını sinəsindən bıçaqlayıb. 18-ci Polis bölməsinin əməliyyatçıları şübhəli şəxsi tutublar.

İlkin dindirmə zamanı həmin şəxs bıçağın əvvəlcə Anarın əlində olduğunu deyib. Onun sözlərinə görə, qardaşının əlindən soyuq silahı necə götürdüyünü və onu yaraladığını xatırlamır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb. İstintaq davam edir.

BakuCity.az

Bakı qətl polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər