Bulvarda sevgililərin intihar görüntüsü yayıldı - FOTO + VİDEO

Bulvarda sevgililərin intihar görüntüsü yayıldı - FOTO + VİDEO

Qız 3-cü kurs tələbəsi olub

Bakı bulvarındakı intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.

BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.

Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Publika.az yazır ki, Tibb Universitetinin 3-cü kurs tələbəsi olan 22 yaşlı Nəzakətin müəllimi Elçin Əfəndi onun universitetə 667 bal toplayaraq daxil olduğunu bildirib:

“O balı toplaması üçün əlimdən gələni etdim onun üçün, indicə atası ilə danışdım, meyiti tapılmır".

BakuCity.az

bulvar intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər