Bakıda beynəlxalq ekspert tərəfindən master-klass keçiriləcək

“Uğurlu Layihələrin Sirləri”

6 mart 2020-ci ildə Bakıda, Rusiyanın ən çox titula sahib layihə meneceri Vadim Boqdanov “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçirəcək və layihələrin idarə edilməsi sahəsində çoxillik təcrübəsini və biliklərini bölüşəcək.

BakuCity.az xəbər verir ki, “Layihə menecerləri üçün master-klass proqramlarının əksər hissəsi "sərt bacarıqların", yəni məhz planlaşdırma, büdcənin və risklərin idarə edilməsi bacarıqlarının inkişafına həsr edilir. Bizim proqramda "sərt bacarıqlar" ilə yanaşı, həmçinin "yumşaq bacarıqlar" barədə ətraflı məlumat verəcəyik - komandanın motivasiyası, münaqişələrin həlli, səlahiyyət və məsuliyyət bölgüsü”, master-klassın müəllifi və aparıcısı Vadim Boqdanov bildirib. Spiker həmçinin layihələrin uğurları və uğursuzluqlarının səbəblərini təhlil edəcək, layihələrin idarə edilməsi ilə bağlı tövsiyələr verəcək və layihənin idarə edilməsi sahəsində fərdi peşəkar inkişaf planının hazırlanmasına kömək edəcəkdir.

Vadim Boqdanov (www.vadimbogdanov.ru) – layihələrin idarə edilməsi mövzusunda 8 kitabın müəllifi və redaktoru, 10 beynəlxalq mükafatın qalibi, biznes-təlimçi və məsləhətçidir. Vadim Boqdanov layihə menecerindən iri şirkətlərin direktorlar şurasının üzvü və metallurgiya sahəsində $ 1 mlrd. məbləğində əsaslı tikinti layihə ofisinin rəhbəri vəzifəsinədək yüksəlib. "Bogdanov & Partners" şirkəti Rusiya və Qazaxıstanın ən böyük şirkətlərində 200-ə yaxın layihə ofisini qurub, həmçinin 24 mindən çox insana layihələrin idarə edilməsi sahəsində tədris keçib. Müştəriləri sırasında Qazpromneft, Sberbank, Rosneft, VTB, SIEMENS, Unimilk, Nijfarm, Megafon, Svyaznoy, Norilskiy Nikel, Tatneft və bir çox digər şirkətlər var.

Proqram Azərbaycan dilinə sinxron tərcümə ilə Rus dilində keçiriləcək, biznesin inkişafı üçün faydalı biliklərin, təcrübə mübadiləsinin və yeni işgüzar əlaqələrin uğurlu birləşməsi olacaq. Proqram xüsusilə aşağıdakı şəxslər üçün faydalı olacaq:

- Layihə menecerləri və layihə qruplarının iştirakçıları, layihə ofislərinin və strateji qrupların rəhbərləri, layihələrin idarə edilməsi sahəsində biznes-məsləhətçilər;

- Top-menecerlər, funksional direktorlar, layihələrin kuratorları, layihələrin təsdiqlənməsi və vəsaitlərin ayrılması üçün cavabdeh rəhbərlər;

- Layihələri özləri idarə edən sahibkarlar və iş adamları; layihə sifarişçiləri, investorlar, kreditorlar və digər maraqlı tərəflər.

Tədbirin Gold sponsoru qismində SOCAR-AQS şirkəti çıxış edir. Proqram 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Maraqlanan şirkətlər həmçinin proqramın tərəfdaşı ola bilər və seçilmiş paketin əlavə üstünlüklərindən faydalana bilərlər. "Uğurlu Layihələrin Sirləri" proqramına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin layihələrin idarə edilməsi sahəsində müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Vadim Boqdanovun ayrıca korporativ proqramını sifariş edə bilər.

Ətraflı məlumat və onlayn qeydiyyat üçün: https://master-class.az/projects/az, +994 55 946 02 70

Tədbirin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

BakuCity.az

Bakı Beynəlxalq Masterklass
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər".  BakuCity.az xəbər verir ki, bu barədə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun direktoru Antoni Fauçi “CNN”ə müsahibəsində deyib. A.Fauçinin sözlərinə görə, ilin sonuna kimi peyvəndin hazırlanması üçün yaxşı imkanlar var: “Bizim yaxşı imkanımız var, əgər hər şey öz yerinə düşərsə, noyabr-dekabr aylarınadək peyvəndi hazırlaya bilərik”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşk...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib. BakuCity.az xəbxər verir ki, hadisə  Sabunçu rayonunda, dünən gecə saatlarında qeydə alınıb. Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən yaralılara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub, vəziyy...
Cəmiyyət
Rusiyadan Azərbaycana daha 175 nəfər azərbaycanlı gətirilib. Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Həmçinin oxu: Daha 175 azərbaycanlı Rusiyadan vətənə gəlir Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib. Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbayca...
Kriminal
Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub. Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik. BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib. Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli...
Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Rusiyadaki Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirilir. Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb. BakuCity.az xəbər verir ki, təyyarədə 175 nəfər var. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiya...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...