Güclü külək əsir, dalğaların hündürlüyü 3 metrə yaxınlaşır - FAKTİKİ HAVA

Güclü külək əsir, dalğaların hündürlüyü 3 metrə yaxınlaşır - FAKTİKİ HAVA

Hava şəraiti dəyişib

Hazırda bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildiriblər ki, fevralın 25-i saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğaların hündürlüyü 2,8 metrə çatıb.

BakuCity.az

faktiki hava güclü külək,dalğa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər