Tanınmış müğənni bir ildən sonra yenidən Bakıda olacaq
Türkiyəli müğənni Cem Adrian bir ildən sonra, yenidən 28 mart 2020-ci il tarixində Bakıda “Elektra Events Hall”da “Şeker Prens ve Tuz Kral” adlı solo konserti ilə azərbaycanlı pərəstişkarlarının görüşünə gələcək.
Konsertin təşkilatçısı "Event Office"dən BakuCity.az-a verilən məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müğənninin pərəstişkarlarına özəl təklif var:
“Cem Adrianın pərəstişkarları 8 mart tarixinə qədər hər iki bilet üçün 70 AZN deyil, 60 AZN ödəyəcəklər. Biletlər məhdud saydadır”.
Həmçinin oxu: Cem Adrian Bakıda konsert verəcək - FOTO + VİDEO
Biletləri şəhərin bütün kassalarından, "28 Mall", "Ganjlik Mall" ticarət mərkəzlərindən, "ASAN xidmət" mərkəzlərindən və www.iticket.azsaytından əldə etmək olar.
Əlavə məlumat üçün: +994 99 333 83 68
Konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır.
Ramilə Qardaşxanqızı
BakuCity.az