Bakının ən yaxşı fotostudiyaları: Harada fotosessiya etdirək? - QİYMƏTLƏR

Bakının ən yaxşı fotostudiyaları: Harada fotosessiya etdirək? - QİYMƏTLƏR

“Mentalitetimiz belədir - əsas ailə və uşaqlardır”

Bakı sakinləri mükəmməl çəkilişlər üçün peşəkar studiya fotosessiyalarına getdikcə daha çox müraciət edirlər. Belə studiyalarda müəyyən bir bayrama, romantik ab-havaya, mehriban ailə mühitinə uyğun gözəl tematik dekorasiyalar var. Bununla da biz qeyri-adi və nağıla bənzər mühitdə olmaq imkanı əldə edirik.

BakuCity.az Bakıda müfaviq studiyaların nə qədər olduğunu, onlara tələbatı və qiymətləri araşdırıb. 

“Just Me” studiyasının fotoqrafı Cəmil Mirzəyev saytımıza bildirib ki, onlar dekorasiyanı mövsümə uyğun dəyişirlər:

“Biz öz dekorlarımızı qururuq, Müştəri müraciət edəndə həmin tərtibatların şəkillərini göndəririk. Hər kəs bəyəndiyi fonu seçir və çəkilişlərə başlayırıq”.

C.Mirzəyevin sözlərinə görə, onların yaradıcı komandası lazım olduqda stilist və qrim ustası kimi də fəaliyyət göstərən üç nəfərdən ibarətdir.

Bakının ən yaxşı fotostudiyaları: Harada fotosessiya etdirək? - QİYMƏTLƏR, fotoşəkil-1

O, Bakıda belə çəkilişlərə tələbatın artdığını deyib.

Xarici ölkələrdə zəngin iş təcrübəsinə malik fotoqraf bildirir ki, bakılılar tematik tərtibata çox diqqət vermirlər, canlı emosiyaları üstün tuturlar. Ailə və uşaq fotosessiyaları üçün daha çox müraciət var.

Bu studiyada çəkilişlər 2 saat davam edir və qiyməti 350 manat təşkil edir. Studiyadan kənarda çəkiliş imkanları var və bu çəkiliş də 350 manata başa gəlir. Şəkillər bir həftə ərzində emal olunur.

Əlaqə: (050) 427 20 20

“Natali Canon”un öz studiyası olmasa da, fotoqraf Natalya müştərilərinin çox olduğunu və onlar üçün zəruri meydançaların icarəyə götürüldüyünü bildirir:

“Yeni il bayramında çoxlu tematik çəkilişlər oldu. Praktiki olaraq, hər bayram üçün müfaviq fotoçəkilişlər edirik. Ümumiyyətlə, belə çəkilişlərə kifayət qədər tələbat var. Amma müştərini tam razı salan, yaxşı və keyfiyyətli dekora malik studiyalar azdır”.

Natalya qeyd edir ki, əksər müştərilər qadın fotoqrafla işləməyə üstün verirlər:

“Mənimlə işləməyin rahat olduğunu çox adam etiraf edir. Emosiyaları çəkməyim insanların xoşuna gəlir. Ümumiyyətlə, fotoqraf seçərkən onun işləri ilə əvvəlcədən sosial şəbəkələrdə tanış olmağı məsləhət görürəm.

“Bəzən mənə burada yaşayan xaricilər və ya turistlər də müraciət edirlər. Bu yaxınlarda  Qazaxıstandan gəlmiş cütlüklə "Baku Love Story" çəkdik”.

“Natali Canon” ilə çəkilişin bir saatı 50 manatdır. Şəhərdən kənar çəkilişlər edilmir. Studiyada işlər 150 manatdır. Şəkillər 5-6 gün ərzində, vacib olduqda isə 2-3 günə hazır olur.

Əlaqə: (055) 663 94 27

Camal Abdullayevun fotostudiyasında isə yaxın vaxtlarda tematik çəkilişlər üçün studiya fəaliyyətə başlayacaq. Fotoqrafın sözlərinə görə, buna tələbat artıb:

“Şəhərdə belə studiyalar kifayət qədərdir, amma istərdik ki, daha yüksək səviyyəli olsun. Yaxşı olardı ki, bizim fotoqraflar işləri ilə tanış olmağa imkan verən saytlarını yaratsınlar. Bakı Fotoqrafiya Evində buna bənzər nəsə edilsə, mükəmməl olardı. Əsl peşəkarlar üçün sertifikasiya da vacibdir”.

С.Abdullayev uşaq fotosessiyalarına da marağın artdığını bildirib. Xüsusilə tətil günlərində ailə çəkilişlərinə tələbat çoxalıb.

Onun studiyasında çəkilişin 1 saatı 50 manatdan, başqa yerdə çəkiliş isə 150 manatdan başlayır. İş bir günə yekunlaşdırıla bilər.

Əlaqə: (050) 317 05 48

"Joy Kids" studiyasında çalışan fotoqraf Cavid Səfərov isə ailə və uşaq mövzuları üzrə çəkiliş etdiklərini bildirir. Dekorasiyalar mövsümdən və bayramdan asılı olaraq dəyişir:

“Studiya Hellouin, Novruz bayramı, Yeni il və s. mövzulara uyğun hazırlanır”.

Bu studiyada işin bir saatı 50 manatdır. Park və rayonlarda çəkilişin bir saatı 100, 2 saatı 150 manat təşkil edir. Fotoşəkillər 5-6, tətil günlərində isə 7-8 günə hazır olur.

Əlaqə: (055) 799 00 33

Samir Atabəyin “1Studio” studiyasında kommersiya məqsədilə fotoşəkillər və reklam kampaniyaları da çəkilir. Fotoqraf bildirir ki, ən çox ailəvi çəkilişlər sifariş edilir: “Mentalitetimiz belədir - əsas ailə və uşaqlardır”.

Onun sözlərinə görə, studiyaya müxtəlif səfirliklərin nümayəndələri müraciət edirlər və həmişə də işin keyfiyətindən razıdırlar. Samir etiraf edir ki, onlarda xidmətlər bahadır, amma bu hər çəkilişə sərf edilən xərcin çox olması ilə izah olunur.

Bu studiyada çəkilişin saatı 200 manatdan başlayır. Studiyadan kənarda olan fotosessiyaların da saatı 200 manatdan hesablanır.

Fotolar 10 gün ərzidndə hazır olur, lakin bunu zəruri hallarda əlavə ödənişlə 3-5 günə etmək olar. 

Əlaqə: (050) 244 07 00

Züleyxa İsmayılova

BakuCity.az

Bakı fotosessiya fotostudiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər