Dövlət başçılarının təkbətək görüşü olub
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gəlib.
BakuCity.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Görüş zamanı Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təsbeh bağışlayıb.