Ulduz aktyor dərhal karantinə alınıb
Dünya şöhrətli aktyor Ceki Çan koronavirus şübhəsi ilə nəzarətə götürülüb.
BakuCity.az xəbər verir ki, buna səbəb bir neçə gün öncə C.Çanın da qatıldığı tədbirin iştirakçılarından birində virus aşkarlanması olub.
Ulduz aktyor dərhal karantinə alınıb.
Xatırladaq ki, bundan əvvəl 65 yaşlı Ceki Çan koronavirusa çarə tapacaq şəxsə 1 milyon Çin yuanı (təqribən 240 min manat) pul mükafatı verəcəyini bildirmişdi.
BakuCity.az