Ağac kəsən şirkət cəzalandırılıb
Nəsimi rayonu, C.Səlimov 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə bir ədəd qovaq ağacı və iki ədəd lüqustr kolunun kəsildiyi məlum olub.
BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.
Onun sözlərinə görə, ağac və kolların ərazidə “Casbak-Trade” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub.
MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə oluması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.
BakuCity.az