Külək ağacları aşırdı, damları uçurdu - FOTO

Külək ağacları aşırdı, damları uçurdu - FOTO

Şəhər işıqsız qalıb

Bu gün Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək ağacları, elektrik və telefon xətləri dirəklərini aşırıb.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, külək Yeni Gəncə yaşayış massivində yerləşən 23 nömrəli uşaq bağçası-körpələr evinin, Üzeyir Hacıbəyov, Dədə Qorqud, Tağı Arani və Azərbaycan küçələrində çoxmənzilli binaların, Şıxzamanlı və Məhsəti qəsəbələrində bəzi fərdi yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb.

Şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.

Külək ağacları aşırdı, damları uçurdu - FOTO, fotoşəkil-1 Külək ağacları aşırdı, damları uçurdu - FOTO, fotoşəkil-2 Külək ağacları aşırdı, damları uçurdu - FOTO, fotoşəkil-3

BakuCity.az

Gəncə güclü külək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər