Yanvarın 24-də halı qəflətən pisləşmişdi
Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov dünyasını dəyişib.
BakuCity.az-ın məlumatına görə, bu barədə professor Adil Qeybulla bildirib:
"Dostlar, bu gün sizə çox kədərli məlumat vermək məcburiyyətindəyəm. Milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri, dəyərli dostumuz İsgəndər Həmidovu itirdik".
Qeyd edək ki, yanvarın 24-də halı qəflətən pisləşən 72 yaşlı İ.Həmidov əvvəlcə Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə, daha sonra isə “Bakı City Hospital”a yerləşdirilmişdi.
Allah rəhmət eləsin!
BakuCity.az