Əksəriyyəti İrana ziyarətə gedənlərdir
Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır.
Həmçinin oxu: Bakının maskalı sakinləri - FOTOREPORTAJ
Onlardan 6-nın vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.
Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.
BakuCity.az