“Barselona” səfərdə "Napoli" ilə 1:1 oynayıb
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
BakuCity.az xəbər verir ki, günün ən maraqlı qarşılaşması Londonda baş tutub. Yerli “Çelsi” komandası “Bavariya”nı qəbul edib.
Görüş almanların inamlı qələbəsi ilə başa çatıb - 3:0 (Qnabri, 51, 54, Levandovski, 76).
Digər oyunda isə “Barselona” səfərdə "Napoli" ilə 1:1 oynayıb.
BakuCity.az