Aprel şəhidi Nəcməddin Savalanovun doğum günüdür

Aprel şəhidi Nəcməddin Savalanovun doğum günüdür

Yaşasaydı 35 yaşı olacaqdı

Bu gün Aprel şəhidi Nəcməddin Savalanovun doğum günüdür.

BakuCity.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Nəcməddin Akif oğlu Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.

Kapitan 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb. Mayın 8-də N.Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Mayın 9-u isə Nəcməddin doğulduğu Göbəktala kəndində son mənzilə yola salınıb.

N.Savalanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.

2017-ci ildə haqqında “Şəhidliyə aparan yol” adlı film çəkilib.

BakuCity.az

Aprel şəhidi Nəcməddin Savalanov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər