Neftçala icra başçısının ev dustağı edilən xanım müavini barəsində sensasion İDDİALAR

Bağçalara nəzarəti də öz üzərinə götürübmüş

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd olmuş Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad edilib.

BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev bildirib.

İH rəsmisi deyib ki, G.Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib:

"Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. Sadıqova icra hakimiyyətindəki otağını da boşaldıb”.

Həmçinin oxu: Tutulan icra başçısı eşşək südü biznesinə də girişibmiş - OBYEKTLƏRİ + VİDEO

Qeyd edək ki, DTX əməkdaşları G.Sadıqovanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İnternet resurslarında G.Sadıqovanın qaranlıq biznesi ilə bağlı da məlumatlara rast gəlinir. Məsələn, medianın iddia etdiyinə görə, bağçalara nəzarəti öz üzərinə götürən G.Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə axıdıb. Bağçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizinin hazırda həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir.

"Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kəndlərindəki uşaq bağçalarına dövlət və rayonun daxili büdcəsindən 100 min manatlarla vəsait ayrılır. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala bağçalarındakı ərzaq çatışmazlığı bircə o anlama gəlir ki, rayonun icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Beləliklə, icra başçısı ilə müavini hər il bağça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər”, - deyə bildirilir.

G.Sadıqovanın hətta Neftçala Rayon İcra Hakimiyətinin başçısı olmaq arzusuna düşdüyü qeyd olunur.

İddiaya görə, G.Sadıqovanın nəinki Neftçala rayonunda obyektləri, villaları, hətta Bakı şəhərində yeni tikilmiş binalarda mənzilləri, öz adında qeydiyyatda olmayan obyektləri olub.

Məktəblərə direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi belə, icra başçısının xanım müavininin məsləhəti ilə həyata keçirilib.

Daha bir diqqətçəkən məqam YAP-ın bəzi üzvlərinin G.Sadıqovanın namizədliyinə qarşı olmasıdır. Bu barədə də internetdə məlumatlar var. Bildirilir ki, YAP-ın rayon təşkilatının bəzi üzvləri hakim partiyadan namizədliyi irəli sürülən G.Sadıqovaya qarşıdırlar.

Sitat: "Gültəkin Sadıqovanın Milli Məclis kimi mötəbər bir quruma Neftçaladan YAP-ın namizədi olması partiyamızın rayondakı nüfuzuna vurulan zərbədir. Biz, həmçinin bu namizədin YAP-da olmasını hakim partiya adlna ləkə kimi qəbul edirik. Əlbəttə, biz bilirik ki, Gültəkin Sadıqovanın namizədliyinin arxasında duran adam icra başçısı İsmayıl Vəliyevdir. Məhz İsmayıl Vəliyevin Gültəkin Sadıqova ilə münasibətləri bu qadının karyerasının əsasını təşkil edib.

G.Sadıqovanın adı daima rayonda korrupsiya və rüşvət qalmaqallarında hallanır. İcra başçısı İ.Vəliyev üçün pul yığdığını rayonda hər kəs bilir. Nə qədər insanı aldatdığı da ortadadır. Bu gün Neftçala səhiyyəsinin, Neftçala təhsilinin və ən əsası, Neftçala mədəniyyətinin bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də G.Sadıqovadır və onun icra başçısı ilə birlikdə yürütdüyü koppursioner siyasətdir. G.Sadıqovanın Milli Məclisdə Neftçalanı təmsil etmək üçün mənəvi haqqı yoxdur. Bu sözlərimizə sübut olaraq onu göstərə bilərik ki, bir zamanlar G.Sadıqovanın adı narkotik qalmaqalında belə hallanıb və başçının humanitar məsələlər üzrə müavininin xalası İrandan narkotik gətirərkən həbs edilib və uzun müddət həbsxanada yatıb. Həmin vaxt rayonda gəzən söz-söhbətlərdə G.Sadıqovanın da adı hallanırdı".

Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev, onun birinci müavinləri Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar. Onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

BakuCity.az

Neftçala əməliyyat vəzifəli şəxslər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az