Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar
Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir.
BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə görüşüb.