İzmir-Bakı aviareysi açılır

İzmir-Bakı aviareysi açılır

Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək

Bu il martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq.

BakuCity.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə bildirilib.

İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək.

Qeyd edək ki, artıq sözügedən aviaşirkətin rəsmi internet səhifəsində bu aviareysə olan biletlər satışa çıxarılıb. Hazırda bir istiqamətdə biletin qiyməti təxminən 76 avro, hər iki istiqamət üzrə isə 140 avro təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanın "Buta Airways" şirkəti sözügedən marşrut üzrə həftənin III, VI və VII günləri uçuşlar həyata keçirir. Bakıdan İzmirə təyyarə saat 07:20-də havaya qalxır.

BakuCity.az

Bakı İzmir aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər