Koronavirusdan qorunmağın yolları - VİDEO

Koronavirusdan qorunmağın yolları - VİDEO

Heyvanlara da toxunmayın

Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını açıqlayıb.

BakuCity.az-ın məlumatına görə, nazirliyin bununla bağlı hazırladığı videoda qeyd olunur ki, yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra əlləri ilıq su və sabunla ən azı 20 saniyə yumaq lazımdır.

Bildirilir ki, yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmaq, özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət etmək lazımdır.

İş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəkləri, mətbəx mebelləri, stol, tualet, telefon, klaviatura, vanna otağı təmiz saxlanılmalıdır.

Heyvanlar da virus daşıyıcısı ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmamağı tövsiyə edir.

Heyvanlarla təmasdan sonra əlləri yumağı unutmaq olmaz.

Ət məhsullarının yaxşı bişirilməsinə də diqqət etmək vacibdir.

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər