Bakıda ağacları məhv edən şirkət külli miqdarda cərimə ödəyəcək

Bakıda ağacları məhv edən şirkət külli miqdarda cərimə ödəyəcək

Materiallar məhkəməyə göndərilib

Bakının Nizami rayonu, K.Balakişiyev, 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

BakuCity.az-ın məlumatına görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 3  şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub.

“Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon məhkəməsinə göndərilib.

S.Dərafərin yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edib.

BakuCity.az

ağac kəsintisi cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər