Cəlilabad xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı 52-yə çatdı

Cəlilabad xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı 52-yə çatdı

2-də hərarət yüksəkdir

Bu gün həkim müayinəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 29 nəfər daxil olub.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a verilən məlumata görə, həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb.

Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

BakuCity.az

Cəlilabad xəstəxana koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər