Bakıda Xocalı qurbanları anılır - FOTO + VİDEO

Bu gün Xocalı soyqırımından 28 il ötür.

Minlərlə azərbaycanlı soyqırımı ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə toplaşıb.

Sakinlər "Ana harayı" abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak ediblər.

Dövlət başçısı abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib. Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.

Anım mərasimi hər il olduğu kimi on minlərlə insanın iştirakı davam edib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

BakuCity.az

Bakı Xocalı soyqırımı anım günü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.  BakuCity.az xəbər verir ki, əməkdar artist xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb. Hazırda temperaturu bir qədər yüksək olsa da Bəhram Bağırzadənin vəziyyəti stabildir. (baku.ws) BakuCity.az
Cəmiyyət
Sərt karantin rejimi hər həftəsonu olacaq?  Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu...
Kriminal
Bakıda karantin qaydalarını pozaran market aşkarlanıb. Ötən gün Bakının Xətai rayonu, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sərtləşdirilmiş karantin qaydalarını pozaran market aşkarlanıb. BakuCity.az xəbər verir ki, hadisə yerinə polis qüvvələri cəlb edilib, marketi işlədən sahibkar və işçiləri saxlanılıb. BakuCity.az
Cəmiyyət
Bu günlərdə "103" çağırış xidmətinə edilən zənglərin sayı artıb. Ciddi karantin rejimi tətbiq edilsə də, təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. BakuCity.az xəbər verir ki, təcili tibbi yardım işçiləri evlərindən çıxa bilməyən xəstələrə yardım etmək üçün əllərindən gələni edirlər.  Təcili tibbi yardım xidmətindən bildirilib ki, artımla bağlı dəqiq statistik məlumat verə bilməsələr də, müşahidələr əvvəlki günlərə...
Kriminal
Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb. BakuCity.az xəbər verir ki, hadisə dünən, şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb. N.Rəhimov ürəyindən bıçaqlanaraq öldürülüb. Z.Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity...
Cəmiyyət
Bakıda evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlər polis tərəfindən evə qaytarılıb. Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb. Bəzi paytaxt sakinləri isə bu qadağa ilə barışmaq istəmirlər. BakuCity.az xəbər verir ki, bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbərlər yayılsa da, budəfəki hadisə bi...
Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...