MSK-nın qabağında mitinq keçirməklə bağlı müraciətə cavab gəldi

MSK-nın qabağında mitinq keçirməklə bağlı müraciətə cavab gəldi

Bu gün görüşüb qərar verəcəklər

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat) və deputatlığa müstəqil namizəd Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.

BakuCity.az-ın məlumatına görə, mitinqin təşkilatçılarından olan D18 təşkilatının rəhbəri Ruslan İzzətli APA-ya bildirib ki, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi, “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsi təklif edilib.

R.İzzətli bildirib ki, bu təkliflə razılaşmırlar:

“Mitinqin harada keçiriləcəyi ilə bağlı mitinqin təşkilatçıları ilə bu gün görüşüb qərar verəcəklər”.

Qeyd edək ki, fevralın 24-də İlqar Məmmədov (REAL), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15:00-dan 17:00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

BakuCity.az

MSK mitinq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər