Masallıda dəhşət: Kişi arvadı, qaynı və qayınanasını güllələyib özünü vurdu

Masallıda dəhşət: Kişi arvadı, qaynı və qayınanasını güllələyib özünü vurdu

Qayınanasının vəziyyəti ağırdır

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Həmin şəxsin həyat yoldaşı və qaynı hadisə yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

APA-nın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azərxan oğlu Ağayev ov tüfəngi ilə həyat yoldaşı - 1999-cu il təvəllüdlü Alimə Əli qızı Nəbiyevaya, qaynı - 1995-ci il təvəllüdlü Miralim Əli oğlu Nəbiyevə və qayınanasını silah atəş açıb. O, daha sonra odlu silahla özünə xəsarət yetirib. Nəticədə həyat yoldaşı və qaynı aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Ər özü və qayınanasının Zemfira Ələsgər qızı Nəbiyeva isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var. 

BakuCity.az

Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu AZƏRBAYCANDA DƏHŞƏT
Masallı mübahisə qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər