Avro-2020: Uelsin Bakıya gətirəcəyi təxmini “23-lük” bəllidir - SİYAHI

Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb

Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına (Avro-2020) aparacağı təxmini heyəti seçib.

BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən “23-lüy”ü müəyyənləşdirdiyini yazıb.

R.Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin “23-lük” demək olar ki, üzdə olan futbolçulardan qurulub. Ancaq mövsümün son 3 ayında zədə və formadan düşmə durumuna uyğun olaraq onları əvəz edə biləcək 26 oyunçu var.

Uels yığmasının təxmini “23-lüy”ü:

Qapıçılar: Ueyn Hennesi, Denni Uord, Adam Deyvis

Müdafiəçilər: Konnor Roberts, Ben Deyvis, Kris Qanter, Neko Uilyams, Co Rodon, Kris Mefam, Tom Lokyer, Eşli Uilyams

Yarımmüdafiəçilər: Co Allen, Etan Ampadu, Uill Vaulks, Co Morrell, Aaron Remsi

Hücumçular: Qaret Beyl, Daniel Ceyms, Harri Uilson, Devid Bruks, Kiffer Mur, Hal Robson-Kanu, Kristian Dodj.

Qeyd edək ki, Uels yığması Avro-2020-də İtaliya, Türkiyə və İsveçrə ilə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.

BakuCity.az

Avro-2020 Uels yığması Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.  Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki,  test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...
Ekologiya
Bakıda 3 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təz...
Cəmiyyət
Paytaxtda COVID-19 partlayışı yaşanacaq. “Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”. BakuCity.az xəbər verir ki, bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza...
Cəmiyyət
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. BakuCity.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun "North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əra...
Cəmiyyət
"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz". Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanlar...