Bakıda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur

Bakıda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur

Hazırda toz dumanı müşahidə olunur

Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov BakuCity.az-a bildirib ki, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

Həmçinin oxu: Bakıya qorxunc toz dumanı yaxınlaşır - VİDEO

O qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.

BakuCity.az

Bakı duman toz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər