Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO

Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO

Binəqədidə qənnadı sexlərinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirib.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.

Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.

Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.

Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-1 Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-2 Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-3 Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-4 Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-5 Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-6 Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO, fotoşəkil-7

BakuCity.az

Bakı şirniyyat sex
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər