Kərə yağı alarkən diqqətli olun: Bazarda saxta məhsullar var - FOTO

Kərə yağı alarkən diqqətli olun: Bazarda saxta məhsullar var - FOTO

Sexin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirilib.

Həmçinin oxu: Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə yetirilmir və  kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verilir. Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq, əvəzində bitki mənşəli yağ əlavə edilir. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərə qablaşdırılaraq üzərinə heç bir etiket məlumatları qeyd edilmir.

Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Kərə yağı alarkən diqqətli olun: Bazarda saxta məhsullar var - FOTO , fotoşəkil-1 Kərə yağı alarkən diqqətli olun: Bazarda saxta məhsullar var - FOTO , fotoşəkil-2 Kərə yağı alarkən diqqətli olun: Bazarda saxta məhsullar var - FOTO , fotoşəkil-3

BakuCity.az

Bakı sex kərə yağı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər