Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb? - RƏSMİ CAVAB

Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb? - RƏSMİ CAVAB

Gürcüstandakı səfirliyimiz də məsələyə münasibət bildirib

"Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil".

BakuCity.az-ın məlumatına görə, bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından APA-nın yerli bürosuna açıqlama verilib.

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib".

Gürcüstandakı səfirliyimiz də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, ötən gün Azərbaycan vasitəsilə İrandan Gürcüstana keçən Gürcüstan vətəndaşında koronavirus aşkarlandığı barədə məlumat yayılıb. Bu, qonşu ölkədə ilk koronavirusa ilk yoluxma halıdır.

BakuCity.az

Gürcüstan Azərbaycan sərhəd koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər