Bakıda metro stansiyasının çıxışının yeri dəyişdiriləcək - FOTO

Badamdar şosesi istiqamətində yaranan tıxac da aradan qalxacaq

Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin etmək məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında, genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilir.

Aparılan yenidənqurma işləri çəçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissəsinin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqların sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.

Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.

Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metro stansiyasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa “20 Yanvar”, dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “Velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib.

Eyni zamanda, Bakı Dairəvi-1 avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsilə geridönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməsinə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində, Badamdar şosesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.

BakuCity.az

Bakı Sumqayıt tıxac metro stansiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az