Xətainin heykəli köçürüləcək?

Xətainin heykəli köçürüləcək?

Nazir aydınlıq gətirdi

Mədəniyyət Nazirliyinə Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb.

BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, əgər müvafiq qərar verilsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələ nəzərdən keçiriləcək:

“Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq Quliyev və Müslüm Maqomayevin heykəlləri ilə məşğuluq. Bu heykəllərin hazırlanması ilə bağlı müsabiqələr keçirilib və onlar artıq hazırlanma prosesindədir".

BakuCity.az

Bakı Xətai heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər