Moldovada Xocalı soyqırımının ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib - FOTO

Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub

Fevralın 26-da Moldovanın paytaxtı Kişinyovda Azərbaycan səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib.

BakuCity.az-ın məlumatına görə, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə Moldova hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olan diplomatik korpusun əməkdaşları, tarixçilər, yerli KİV nümayəndələri,  azərbaycanlı və türk tələbələr, o cümlədən Moldovada yaşayan soydaşlarımız iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonra tədbir iştirakçılarına “Xocalı zülmət bir gecə” adlı filmi nümayiş olunub. 

Tədbirdə “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, əslən Xocalıdan olan Səriyyə Müslimqızı çıxış edərək Xocalıda şahid olduğu dəhşətli anlardan bəhs edib. Həmçinin tədbir zamanı S.Müslimqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” adlı kitabın təqdimatı keçirilib. Kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatına həsr olunub.

Moldova Millətlərarası Agentliyinin direktoru Nikolay Reditse çıxışında Xocalı qətliamının bəşər tarixinin digər dəhşətli səhifələri ilə bir sırada durduğunu söyləyərək, soyqırımı törədən cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.  

Tarix elmləri doktoru Ruslan Şevçenko çıxışında Xocalı qətliamının arxasında Ermənistan siyasi-hərbi rəhbərliyinin dayandığını, bu faciənin Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu vurğulayıb. O, qətliamı törədən cinayətkarların tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlarını və Xocalı ilə bağlı ədalətin bərqərar olacağına ümidvar olduğunu söyləyib. 

Tədbirdə Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Esra Şən çıxış edib. O, Türkiyənin Azərbaycan xalqının acısı ilə bölüşdüyünü, Xocalı qətliamının insanların nəticə çıxartması üçün vacib hadisə olduğunu, dünya ictimaiyyəti tərəfindən bu faciəyə düzgün hüquqi-siyasi qiymət verilməsinin vacibliyini qeyd edib. Türkiyəli diplomat ermənilərin hələ XX əsrin əvvəllərində oxşar hadisələri türk xalqının başına gətirmək və sonra uydurma soyqırımı törətmək cəhdlərini xatırladıb.

Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidov çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli səhifələrindən biri olduğunu söyləyib, erməni faşistlərinin əsl üzünü göstərən Xocalı qətliamı barədə həqiqətlərin Azərbaycan diasporu tərəfindən xaricdə geniş təbliğatının və dünya birliyinə çatdırılmasının əhəmiyyətini qeyd edib.  

Moldovada Bakı Multikulturalizm Mərkəzinin rəhbəri Aureliya Qriqoriu çıxışında "Xocalıya ədalət" şüarlarının artıq dünyanın bütün tribunalarından səsləndiyini, Moldovanın Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü söyləyib.

Tədbirə yekun vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Xocalı soyqırımı haqqında məlumat verib. Səfir Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Xocalıda törədilən qətliamla utanmadan lovğalandığını, britaniyalı jurnalist Tomas de Vala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda qırıldığını etiraf etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb.

Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini qeyd edən diplomat, deyib: "Erməni qəsbkarlarından soyuq qış gecəsində şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçsa da, silahlı erməni quldurları dinc əhalini güllələyib, onlara amansız işgəncələr veriblər. Bu insanları ancaq azərbaycanlı olduqlarına görə qətlə yetiriblər". 

Q.Osmanov qeyd edib ki, hələ 1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və terrorizmi açıq dəstəkləməsinə görə məsuliyyət daşıyır. Məhz bu siyasət nəticəsində Azərbaycana qarşı müharibəyə başlayan Ermənistan ərazilərimizin 20 faizini işğal edib, zəbt olunmuş torpaqlarda və Ermənistanda bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib.  

O, gələcəkdə bu cür dəhşətlərin yaşanmaması üçün faciənin beynəlxalq aləmdə tanıdılmasının, beynəlxalq ictimaiyyət və birlik tərəfindən ona əsl hüquqi qiymət verilməsi üçün dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının böyük rol oynadığını bildirib.

Dağlıq Qarabağ münaqişənin həllinə toxunan səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq  ölkəmizin beynəlxalq meydançalar və yüksək tribunalarda əldə olunan nailiyyətlərindən söz açıb.

Diplomat diaspor üzvlərinə müraciət edərək onları faciənin tanıdılmasında fəal olmağa, o cümlədən həqiqətləri dünya ictimayyətinə çatdırmaq istiqamətində gənclərimizi fədakar və təşəbbüslü olmağa çağırıb. 

Sonda Moldova Azərbaycan Diasporunun fəalları çıxış edib, Maarif Allahverdiyev, Marif Rəhimov Xocalı soyqırımının dünyada, o cümlədən Moldovada tanıdılması, bu istiqamətdə müəyyən işlərin aparılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda “Unutmaq olmaz - Xocalı soyqırımı” adlı rəsm müsabiqəsinin qalibləri elan edilib, qaliblər təltif olunublar.

Moldova Tarix Muzeyinin foyesində Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub. 

Tədbir Moldova KİV-də geniş işıqlandırılıb.

BakuCity.az

Moldova Xocalı soyqırımı anım tədbiri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.  Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki,  test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...
Ekologiya
Bakıda 3 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təz...
Cəmiyyət
Paytaxtda COVID-19 partlayışı yaşanacaq. “Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”. BakuCity.az xəbər verir ki, bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza...
Cəmiyyət
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. BakuCity.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun "North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əra...
Cəmiyyət
"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz". Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanlar...