Koronavirus xəstəsi Azərbaycana qanunsuz daşıma ilə məşğul olan mikroavtobusla gəlib

Koronavirus xəstəsi Azərbaycana qanunsuz daşıma ilə məşğul olan mikroavtobusla gəlib

Bu, qonşu ölkədə koronavirusa ilk yoluxma halıdır

Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusla gəlib.

BakuCity.az-ın məlumatına götə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib. Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik müəyyən olunub.

Qeyd edək ki, ötən gün Azərbaycan vasitəsilə İrandan Gürcüstana keçən Gürcüstan vətəndaşında koronavirus aşkarlandığı barədə məlumat yayılıb. Bu, qonşu ölkədə koronavirusa ilk yoluxma halıdır.

BakuCity.az

Koronavirus İran Azərbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər