Ən məşhur saat brendləri neçəyədir?
8 Mart – Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Xüsusi günlərə olduqca əhəmiyyət verən qadınları bu özəl bayramda gözəl bir hədiyyə ilə xoşbəxt etmək, belə demək mümkünsə, kişilərin borcudur. Dəyərli kişilər, bir az sevgi, hörmət, şəfqət və əlbəttə, romantika əlavə etməklə, sevimli xanımların (sevgiliniz, həyat yoldaşınız, ananız, qızınız, bacınız, bibiniz, xalanız və s.) zamanını onlara hədiyyə etmək istəyirsiniz?
BakuCity.az zamanın dəyərini bilənlər üçün paytaxtda yerləşən və dünya brendlərinin satışını həyata keçirən bəzi saat mağazaları ilə əlaqə saxlayaraq qiymətlərlə maraqlanıb.
“VMF”
“VMF”-də ən son dəbdə olan, texnoloji yeniliklərlə zənginləşdirilmiş saat brendlərini görmək mümkündür. Şirkətin paytaxtda yerləşən üç mağazasından “Breguet”, “Omega”, “Blancpain”, “Glashutte”, “Tissot”, “Longines”, “Hamilton”, “Maurice Lacroix”, “Rado”, “Raymond Weil”, “Ferragamo”, “Versus”, “Versace”, “CK”, “VMF”, “Casio”, “Seiko”, “Lorus”, “Citizen”, “Certina”, “Swatch” və “Flik-Flak” brendlərinin müxtəlif modellərini əldə etmək olar.
Şəbəkə hazırda bir çox brend və modelləri 70% endirimlə təklif edir. Alınan bütün saatlar üçün markasından asılı olaraq 1 ildən 4 ilədək, saatın mexanizminə və su keçirməzliyinə zəmanət verilir.
Sifarişlər 1-6 gün ərzində ölkədaxili istənilən ünvana çatdırılır. Alınan məhsulu dəyişdirə və qaytara bilərsiniz. Şirkətin Bakıda iki servis mərkəzi də fəaliyyət göstərir.
Qiymət cədvəli:
Brendlər | Qiymət (AZN) |
“Casio” | 43 - 93 |
Vmf-klassik-muğam-v2114/4pc/3m3/09 | 170 |
Ferregamo-Gancino Chic-Gancino Chic-Fid050015 | 3 637 |
Certina-urban collection-ds prime-c0042102203600 | 1 032 |
Citizen-eco-drive-citizen l-em0720-85n | 1 074 |
Longines-elegance-primaluna-l81154716 | 2 317 |
Ck-even-even-k7b231cy | 434 |
Versus-mabillon-36 mm strap-vsplh1119 | 436 |
Tissot-t-classic-chemin des tourelles-t0992073611800 | 1 622 |
Rado-true thinline-quartz-r27742192 | 4 002 |
Swatch-skin-new skin regular-svor101 | 218 |
Tissot-t-lady-bella ora-t1033101112300 | 695 |
Seiko-conceptual-women-srz524p1 | 760 |
Mağazalar:
Nigar Rəfibəyli küç., 20 (MUM, 2-ci mərtəbə) / Tel: +994 50 257 80 06
NərimanNərimanovpr., 5/ Tel: +994 50 257 80 03
28 Mayküç., 6 / Tel: (+994 50) 257 80 04
“GreenWich”
“Green Wich” saat və zərgərlik əşyaları mağazalar şəbəkəsindən verilən məlumata görə, burada dünya markalarından “Adidas”, “Cosio”, “Diesel”, “EmporioArmani”, “Fossil”, “Karl Lagerfeld”, “Marc Jacobs”, “Olivia Burton”, “Sheen”, “Swiss Military”, “Lacoste”, “Q&Q”, “Baby-G”, “Escada” və s. modellərin ağ, qara, yaşıl, sarı, göy, boz, krem və qəhvəyi, bənövşəyi və bir çox rəngləri var. Saatların mexanizmi kvarts, korpusu isə polad və plastikdəndir.
Mağazada 49 manatdan yuxarı olan bütün məhsulları şəxsiyyət vəsiqənizi təqdim etməklə 3-6 aylıq faizsiz kreditlə də əldə edə bilərsiniz. Məhsulları “BirKart”, “Albalı Kart” və “Bolkart”la da almaq mümkündür. Şəbəkə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə endirimlər təklif edir. Təkliflərlə yalnız mağazalara yaxınlaşmaqla tanış olmaq mümkündür.
Sifarişlərin çatdırılması Bakı şəhəri daxilində 2-3 saat ərzində nağd ödəniş qarşılığında yerinə yetirilir. Sifariş üçün əlaqə nömrəsi 7/24 aktivdir.
Qiymət cədvəli:
Brendlər | Qiymət (AZN) |
“Adidas” (bütün rənglər) | 109 – 129 |
“Anne Klein” | 139 – 359 |
“Casio” | 59 – 189 |
“Diesel” | 299 – 499 |
“EmporioArmani” | 239 – 789 |
“Fossil” | 169 – 279 |
“Karl Lagerfeld” | 329 |
“Marc Jacobs” | 299 – 499 |
“Olivia Burton” | 179 – 359 |
“Sheen” | 229 – 389 |
“Swiss Military”(siferblat rəngi – qara və göy) | 379 |
“Lacoste” | 199 – 399 |
“Q&Q” | 49 – 129 |
“Baby-G” | 199 – 289 |
“Escada” | 519 – 1099 |
Ünvanlar: Port Baku, Park Bulvar, 28 Mall, Nizami, 87
Əlaqə: +99450 437 55 57 (WhatsApp)
“Saat Store”
“Saat Store” - orijinal saat mağazalar şəbəkəsi 2013-cü ildən fəaliyyət göstərir. Burada “Casio”, “Swatch”, “Curren”, “Mini Focus”, “Naviforce” və s. kimi markalar münasib qiymətlərlə təklif olunur.
Şəbəkədən saytımıza verilən məlumata görə, burada ən çox satılan brendlər sırasında “Casio” və “Swatch” dayanır. Saat 10:00-dan 21:00-dək açıq olan mağazalarda bütün brendlərə müxtəlif endirimlər edilir. 8 Marta özəl endirimlər də təklif olunacaq.
Mağaza alınan saatlara iki illik qızıl zəmanət verir. Saatınızın şüşəsi cızılsa, çatlasa və ya sınsa, həmçinin mexanizmi, batareyası və kilidinin dəyişilməyə və ya təmirə ehtiyacı olsa, zəmanət kartınızdan istifadə edə bilərsiniz. Rənglər müxtəlifdir.
Burada “BirKart”, “Bolkart”, “Albalı Kart”, “Worldcard”, “Tamkart” keçərlidir.
Qiymət cədvəli:
Brendlər | Qiymət (AZN) |
“Casio” | 39 – 187 |
“Curren” | 42 – 64 |
“Mini Focus” | 61 – 133 |
“Swatch” | 131 – 298 |
“Naviforce” | 62 – 73 |
Ünvanlar: Perron Galery, 2-ci mərtəbə (“28 May”),
“Xəzər Ticarət Mərkəzi”, mağaza 19 (“Gənclik” m/s)
Əlaqə: +994558015511
“VipSaat”
Vipsaat.az saat və aksesuarların satışı ilə məşğul olan “online” mağazadır. Mağazada “Anne Klein”, “Cartisi”, “Emporio Armani”, “Mini-Focus”, “Tissot”, “Versace”, “Calvin Klein” və s. kimi dünya brendlərinin müxtəlif modelləri satılır. 100 manata qədər sifarişlərin şəhərdaxili çatdırılma dəyəri 5 manat, 100 manatdan yuxarı isə ödənişsizdir. Məhsulun ödənişi birbaşa kuryerə edilir. Alınan məhsullara bir illik zəmanət verilir. Burada ən müxtəlif rənglərdə saat tapmaq mümkündür.
Seçdiyiniz modelləri saat 09:00-dan 00:00-a qədər sifariş verib 24 saat ərzində əldə edə bilərsiniz. Sifarişinizi təhvil aldıqdan sonra 10 iş günü ərzində məhsulu mağazanın müştəri xidmətləri ilə əlaqə saxlayaraq geri qaytara bilərsiniz, amma sifarişi hec bir problemi olmadığı halda geri qaytarmaq istəsəniz, 20 manat cərimə ediləcəksiniz.
Qiymət cədvəli:
Brendlər | Qiymət (AZN) |
“Anne Klein” | 65 - (52% endirim) |
“Cartisi” | 25 – 85 - (71% endirim) |
“Emporio Armani” | 45 - (57% endirim) |
“Mini-Focus” | 85 - (37% endirim) |
“Tissot” | 45 – 55 - (52% endirim) |
“Versace” | 50 - (57% endirim) |
“Calvin Klein” | 55 - (52% endirim) |
Ünvan: Abbas Mirzə Şərifzadə, 158
Əlaqə: +99455 536 71 21
“Aztime”
“Aztime” dünyada tanınmış saat markalarından olan “Rodania”, “Cimier”, “Alfex”, “Davosa”, “Charmex”, “Appella”, “Danish Design”, “Elysee”, “Pierre Lannier” brendlərinin ölkədə yeganə distribüteridir. Mağazalar şəbəkəsinin Bakıda 6 filialı var.
Mağazalarda istədiyiniz saatı istər nəğd, istərsə də kartla ödəmə yolu ilə əldə edə bilərsiniz. Alınan bütün saatlara zəmanət verilir. Şəbəkənin servis mərkəzi də var.
Qiymət cədvəli:
Brendlər | Qiymət (AZN) |
“Pierre Lannier” | 138 – 376 |
“Rodania” | 369 – 649 |
“JacquesLemans” | 642 |
Ünvan: Afiyəddin Cəlilov, 12/46 (baş ofis)
Əlaqə: +99455 229 10 70
Ramilə Qardaşxanqızı
BakuCity.az