Məktəblər bağlanır? - Təhsil Nazirliyindən AÇIQLAMA

Məktəblər bağlanır? - Təhsil Nazirliyindən AÇIQLAMA

Valideynlər də məktəblərin bağlanmasını istəyirlər

Təhsil eksperti Kamran Əsədov koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində dərslərin qeyri-müəyyən müddətə təxirə salınmasını təklif edib.

BakuCity.az xəbər verir ki, ekspert uşaqların qorxulu virusdan qorunması üçün bu addımın qaçılmaz olduğunu bildirib.

Valideynlər də sosial şəbəkələrdə məktəblərin bağlanılması ilə bağlı arzularını dilə gətirir, müxtəlif paylaşımlar edirlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Yeni Sabah"a açıqlamasında bu məsələnin onların səlahiyyətində olmadığını deyib:

"Məktəblərin bağlanması Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Bu problem mənim, yaxud hansısa ekspertin məsləhət verməsi ilə öz həllini tapa bilməz. Nazirlər Kabinetinin aidiyyəti komissiyaları məsələni müzakirə edərək müvafiq qərar qərar qəbul etsə, biz həmin qərarı icra edəcəyik".

BakuCity.az

məktəb dərslər Təhsil Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər