Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

İranda 19 nəfər bu virusdan həlak olub

Ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb.

Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

Qeyd edək ki, hazırda İranda 19 nəfər bu virusdan həlak olub, 139 nəfər yoluxub.

BakuCity.az

Səhiyyə Nazirliyi koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər