"Türk Hava Yolları" koronavirusa görə Naxçıvana uçuşları dayandırdı

"Türk Hava Yolları" koronavirusa görə Naxçıvana uçuşları dayandırdı

Reyslər martın 14-dən həyata keçiriləcək

"Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb.

BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib.

O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yolları"nın Naxçıvan-İstanbul istiqamətində uçuşları martın 14-dən həyata keçiriləcək.

BakuCity.az

"Türk Hava Yolları" koronavirus Naxçıvan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər