Sərəncam imzalandığı gündən qüvvəyə minir
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.
BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:
general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu
general-leytenant Xəlilov Əsgər Sabir oğlu
general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə adıçəkilən generallar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
BakuCity.az